Ölkə haqqında

Fransa Eladuya Fransa – vicdan azadlığının konstitusiyada əksini tapdığı dünyəvi bir ölkədir. 2007-ci ilin yanvarında aparılan bir anket statistikalarının nəticələrinə görə Fransızların 51%-i Katolik, 31%-i ateist, 10%-i başqa dinlərə, 4%-i müsəlman , 3%-i Protestan, 1%-i Yəhudi, 1%-i də Buddist olduğunu söyləmişdir. Avropa ölkələrində statistik araşdırmalar Avrobarometre adlı qurumun apardığı daha dəqiq bir nəticəyə görə, Fransız xalqının 34%-i bir tanrının varlığına inandığını, 27%-i müqəddəs varlığa inandığını, 33%-i isə hərhansı bir tanrının varlığına inanmadığını söyləmişdir. Fransada yaşayan müsləmanların sayı barəsindəki fərziyyələr olduqca dəyişkəndir. 1999-cu ildə aparılan əhalinin statistika məlumatlarına görə Fransada yaşayan və müsəlman olan insanların sayı 3,7 milyon olaraq hesablanmışdır. (O dövrkü əhalinin 6,3%-i) Ancaq 2003-cü ildə Fransa Daxili İşlər Nazirliyinin nəşr etdiyi ölkədəki taxmini müsəlman sayı 5-6 milyon olaraq açıqlanmışdır.Müsəlman əhalinin əksəriyyəti Ərəb, Məğrib,zənci mənşəlilər və Türklər təşkil etməkdədir. (Əhalinin 8%-i və yaxud 10%-i) Fransada yaşayan yəhudilərin ümumi sayı isə 600 mindir və Avropadakı ən böyük yəhudi diasporasıdır. Fransadakı dünyəvilik faktı 1905-ci ildən bu yana Fransız hökumətinin hərhansı bir dini tanımasına əngəl olmaqdadır. Bunun yerinə Fransız hökuməti yalnız dini qurum, dərnək və təşkilatlanmaları tanyır və mövcud qanunlar daxilində bu qurumların siyasətə müdaxilə etməsinə mane olur. Scientology, Tanrı’nın Övladı, Moon təriqəti və Günəş Məbədi kimi dini axımlar Fransada təriqət olaraq görülür və digər dinlər ilə eyni bərabər statusa sahib deyillərdir. Təriqətlər isə Fransada xoş qarşılanmayan qurumlardır.

DIL franız
PAYTAXT Parij
VALYUTA Avro
TEL.KOD 33
SAAT QURŞAĞI 02:00 CET)

Turlar